Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başladı



Newscenter.az.22.02.2020
. Xaçmaz KOB İnkişaf Mərkəzində gənclər və qadınlar üçün Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb.

Newscenter.az xəbər verir ki, Biznes İnkubasiya Mərkəzi Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyi tədbirlərinin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə yaradılıb. Burada rezidentlərə biznes layihələrin hazırlanması, maliyyə resurslarına çıxış imkanları və maliyyənin idarə olunması, mentor və digər xidmətlər göstərilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən ötən ilin dekabr ayında inkubasiya iştirakçılarının seçilməsi məqsədilə müsabiqə elan edilib, istehsal və xidmət sahələri üzrə 35 rezident seçilib. Rezidentlər Biznes İnkubasiya Mərkəzində güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz edilmiş işçi otaqlarla təmin olunacaq və onlara xidmətlərdən hər cür faydalanmaq imkanı yaradılcaqdır.
Xəbəri paylaş