Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Yaşıl Nöqtə” layihəsinin təlimlərinə start verilib



Newscenter.az.22.02.2020. Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqənin qaliblərindən biri olan Ruziyyə Mustafabəylinin “Yaşıl nöqtə” layihəsinin açılışı və ilk təlimi baş tutub.

Newscenter.az-a daxil olan məlumata görə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində baş tutan təlimdə layihə rəhbəri Ruziyyə Mustafabəyli iştirakçılara layihənin məqsəd və vəzifələri bağlı məlumat verib. Sağlam ətraf mühit ideyasının təbliğ olunması, yeniyetmə və gənclərin ekoloji maarifləndirilməsinin vacibliyi ilə bağlı fikirlərini bölüşən layihə rəhbəri yeniyetmə və gənclərin ətraf mühitin mühafizəsində iştirakının artırılması, fasiləsiz ekoloji təhsilin təmin olunmasının əsas məqsədləri olduğunu qeyd edib.

Təlimin ilk günü iştirakçılar ekologiya nədi, ekologiyanın bir elm kimi yaranma və inkişaf tarixi ilə bağlı məlumat əldə edib. İnsan və təbiətin qarşılıqlı əlaqəsi prosesində insanın rolundan danışan təlimçi fərqində olmadan təbiətə vurduğumuz ziyanlarla bağlı iştirakçıların fikirlərini öyrənib. Daha sonra komandalara bölünən iştirakçılar ölkəmizdə mövcud olan ekoloji problemləri araşdırıb və həll yollarından ibarət plan hazırlayıblar. Təqdimat edən qruplar verilən sualları cavablandırıb, müzakirələrdə iştirak ediblər.
Xəbəri paylaş