Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə-İran sərhədində növbəti zəlzələ



Newscenter.az.23.02.2020. Türkiyə-İran sərhədində ikinci dəfə zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 16:00-da qeydə alınıb. Zəlzələ ocağı Təbrizdən 160 kilometr qərbdə və Türkiyənin Özalp şəhərindən 52 km cənub-şərqdə yerləşib, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Bu, iki ölkənin sərhədində gün ərzində baş verən ikinci zəlzələdir. Birinci zəlzələ zamanı İranda 75 nəfər xəsarət alıb, Türkiyədə 9 nəfər həlak olub, daha 37 nəfər xəsarət alıb.
Xəbəri paylaş