Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş mini futbol üzrə açıq birincilik keçirilib



Newscenter.az.26.02.2020. “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş mini futbol üzrə açıq birincilik keçirilib.

Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, abirinciliyin keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması, futbol idman növünün məktəblilər arasında təbliğ edilməsi, müvafiq yaş qrupu üzrə mərkəzin yiğma komandasının formalaşdırılmasından ibarət olub.

Tədbirin açılış mərasimində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib, törədilən faciə ilə bağlı məktəblilərə məlumat verilib.
2008-2009-cu təvəllüdlü oğlanlar arasında keçirilən yarışda 8 komanda olmaqla 100-ə yaxın məktəbli mübarizəyə qoşulub.
Birincilikdə I və II yerə “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandaları, III yerə “Təhsil” Respublika İdman Mərkəzinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası layıq görülüb.
Qaliblər kubok, medal və diplomlarla təltif edilib.
Xəbəri paylaş