Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası turizmlə bağlı silsilə təlimlərə start verib



Newscenter.az.28.02.2020. Fevralın 28-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşkilatçılığı ilə quruma üzv olan 25 şirkətin nümayəndəsi üçün təlim keçirilib.

Newscenter.az xəbər verir ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin rəhbəri Rüfət Hacıyev öz çıxışında bu növ təlimlərin turizm şirkətlərinin peşəkarlığının artırılmasında və vətəndaşlara keyfiyyətli turizm xidmətlərinin göstərilməsində vacib rol oynadığını diqqətə çatdırıb.

Peşəkar təlimçilər Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev və “SMART Hotel Management” şirkətinin direktoru Ceyhun Aşurov “Sosial davranışların xidmətdə rolu”, eyni zamanda “Turoperator və turagent fəaliyyəti” mövzuları üzrə iştirakçıları maarifləndiriblər.

Təlimin əsas məqsədi turizm sektoru nümayəndələrinin maarifləndirilməsi, bu sahədə peşəkarlıq səviyyəsinin formalaşdılması, turizm məhsullarının və servis xidmətlərinin keyfiyyətinin artırılması, eyni zamanda xidmət mədəniyyəti anlayışının təbliği, kadrların hazırlığı və ixtisaslaşmasıdır.
İnteraktiv şəkildə keçirilən təlimdə turizm nümayəndələrinin sualları da cavablandırılıb.

Sonda iştirakçılara Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən sertifikatlar təqdim olunub.

Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə keçirilən bu növ təlimlər il ərzində hər ay olmaqla müxtəlif mövzular üzrə təşkil olunacaq
Xəbəri paylaş