Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BTQ ilə hərəkət edən yük vaqonlarının sayı artırıla bilər



Newscenter.az.28.02.2020
. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə gündəlik 40 vaqondan ibarət qatar hərəkət edir.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyindən bildirilib.

Qurum bəyan edib ki, sözügedən rəqəm 60 vaqona çatdırıla bilər: “Bu məsələ Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə müzakirə olunub”.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Xəbəri paylaş