Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətimizin paraları yenə də dağılmaqda davam edir



Newscenter.az.28.02.2020. Adını bir paravoz çəkə bilməyən, yeni yaradılmış Dövlət təşkilatlarından biri öz yotube kanalını yaradıb. Özünü bu işlərin peşəkarı sayan təkəbbürlü gəncləri də yığıb həmin internet tv-nin ətrafına. Baxanda hiss olunur ki, bi işin təşkil olunnması üçün babat pul da ayrılıb.

Newscenter.az xəbər verir ki, bu fikirləri Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov səsləndirib. O, qeyd edib ki, təkəbbürlü və “peşəkar” gənclər həmin tv vasitəsilə həm özləri çıxış edir, həm də özləri kimi “profi”ləri dəvət edərək Dövlətimizin gələcək strategiyasını müyyənləşdirirlər:

"Nəticədə məlum olur ki, 10 gün bundan öncə paylaşılan müsahibəyə cəmi 7 nəfər baxıb. Həmin 7 nəfərdən biri mən oldum, digər 6 nəfəri isə özləri olar. Əminəm ki, layihələrini rəhbərlərinə böyük hadisə kimi təqdim edərək yaxşıca ənam da alırlar. Və nəticədə Dövlətimizin paraları yenə də dağılmaqda davam edir. Amma yüz minlərlə izləyicisi, milyonlarla baxış sayı olan internet resursları hələ də hansısa dost-tanışların dəstəyi ilə Dövlətin apardığı kursa dəstək vermək üçün mücadilə verir. Görəsən həmin qurumların rəhbərləri monitorinq aparıb dəqiq statistikanı görsələr utanarlarmı? İnanmıram"
Xəbəri paylaş