Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AZPROMO Çindəki tədbirlərini təxirə saldı



Newscenter.az.2.03.2020. İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Çində yayılmış koronavirusla əlaqədar fevral-mart aylarında bu ölkədə keçirmək istədiyi tədbirləri təxirə salıb.

Bu barədə Fondun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev məlumat verib.

Bununla belə, onun sözlərinə görə, rəhbərlik etdiyi qurum üçün Asiya bazarları prioritet olaraq qalır: "Çin, eləcə də Cənubi Koreya, İndoneziya, Yaponiya, Vyetnam gələcək üçün önəmli bazarlardır. Bu il bu bazarlara ixrac tədbirlərinin təşkili edilməs nəzərdə tutulur".
Xəbəri paylaş