Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubada əmək yarmarkası təşkil edilib



Newscenter.az.2.03.2020. Beynəlxalq Miqrasita Təşkilatının Azərbaycandakı Nümayəndəliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində Qubada əmək yarmarkası (karyera günləri) təşkil edib.

Newscenter.az-a təşkilatın Bakı ofisindən bildirilib ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə yaxın əməkdaşlıq şəraitində Heydər Əliyev Mərkəzlərində təşkil olunan və 29 şirkətin 222-dən artıq vakansiya ilə təmsil olunduğu yarmarka Qubada böyük maraq doğurub.

Ayan
Xəbəri paylaş