Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Sərhəd Qoşunlarının Ermənistanla sərhəddə itkilər verməsi düşündürücüdür



Newscenter.az.7.03.2020. Ermənistanla dövlət sərhəddinin Qazax istiqamətində yenidən şəhid verdik. Dövlət Sərhəd Qoşunlarının Ermənistanla sərhəddə itkilər verməsi düşündürücüdür. Çünki, bu istiqamətdə Ermənistanın təxribatları davam edəcəksə, yenidən bu mövqeləri Müdafiə Nazirliyinə vermək lazım gələcək”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Qazax istiqamətində dövlət sərhədi strateji önəm daşıyır, bu istiqamətdə müdafiənin gücləndirilməsi və düşmənə güclü zərbə vurmaq üçün Müdafiə Nazirlyi daha da ixtisaslaşmış qurumdur:

“Ermənistan ciddi şəkildə burada təxribatara əl atır. Biz işğalçıya ciddi zərbələrin endirilməsini tələb edirik. Danışıqların pauza götürdüyü bir ərəfədə Yerevanın işğal olunmuş ərazilər istiqamətində deyil, dövlət sərhəddindəki bu təxribatlarının arxasında ciddi planları var. İlk növbədə həmin istiqamətdə Ermənistana zərbələrdən çəkinməməliyik. Onların planlaşdırdığı kimi KTMT-ni probelemə cəlb etməsi mümkün olmayacaq”.

Politoloq deyib ki, Ermənistan sərhəddə bu təxribatları etməklə Qarabağ münaqişəsinin nizamlanmasını bir tərəfə qoyaraq daha çox sərhəddə insdentləri müzakirə etməyi planlaya bilər:

“ Ermənistan Baş nazirinin bu kimi yayındırcı planları olur. Gecə səhərə qədər Qazax istiqamətində atışma olub. Ermənistan Qarabağ cəbhəsindən arxayın olub, sərhəddə bu təxribatları edirsə, niyə işğalçıya cəbhə boyunda dinclik verməliyik?”.

Mehman
Xəbəri paylaş