Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilərin tarix boyu ən böyük arzusu rus ilə türkü qarşı-qarşıya qoymaq olub



Newscenter.az.7.03.2020. Ermənilərin tarix boyu ən böyük arzusu rus ilə türkü qarşı-qarşıya qoymaq olub ki, bir cırtdan millət kimi, iki böyük xalqın savaşından ortaya çıxan paydan bəhrə alıb yaşamlarını uzatsınlar”.

Newscenter.az xəbər verir ki, bu fikirləri İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay Putin-Ərdoğan görüşünün keçirildiyi zala bilərəkdən Yekaterinanın xırda büstünün qoyulduğu barədə yayılan təxribat xarakterli fikirlərə münasibət bildirərkən səsləndirib. O, təssüf hissi ilə qeyd edib ki, Azərbaycanda da bəzi üzdəniraqlar, son Suriya konfliktindən yararlanıb, Türkiyə ilə Rusiya arasında klaviaturaarxası stəkan fırtınası yaratmaq istəyirlər.

İlqar Altay bildirib ki, həmin şəxslər düşmən ermənilər kimi Ərdoğan-Putin görüşündə Yekaterina heykəlciyinin olmasını danışıq yerində hansısa işarələrdən xəbər veridyi kimi mənalar çıxardırlar:

“Görüşdəki bürünc saat skulpturu çoxdan orada var. Hələ 2018-ci ilin fevralında Putinlə Avstriya Kansleri Sebastyan Kurtsun görüşündə həmin saat var idi. Eləcə də, Yekatrinanın heykəli çoxdandır oradadır”.

Mehman
Xəbəri paylaş