Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclərə biznes, sahibkarlıq, marketinq haqqında biliklər verilib



Newscenter.az.7.03.2020. Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə Ağsu rayon Abasxanlı kənd tam orta məktəbində keçirilib. Təlim gənclərin düzgün ixtisas seçimi barədə məlumatlandırmaq, ixtisaslar haqqında maarifləndirmək, gəncləri biznes sahələri, iqtisadiyyat, marketinq, menecment ixtisaslarinda nələr gözlədiyi haqqında məlumandırılmasını əhatə edirdi.

Newscenter.az xəbər verir ki, layihə çərçivəsində məktəblilərə iki gün təlimlər keçirildi.

İlk gündə layihənin açılışı layihə rəhbəri Günay Səbzəliyevanın çıxışı ilə başlanıldı. Çıxışında Azərbaycan Respublikası Gənclər Fonduna təşəkkür edən layihə rəhbəri öz yaşadığı problemi layihə formasında müraciət etməsindən ve layihənin əsas fəaliyyətlərindən danışıb. Daha sonra təlimçi Orxan Salmanov təlimin ilk günündə məktəblilərə ixtisas seçimimin önəmi təhsil almadan düzgün peşəyə yiyələnmə, yaxşı mütəxəssisin sahib olmalı olduğu bacarıqlar haqqında təlim keçib və sualları cavablayıb.

Layihənin ikinci günü gənclərə biznes, sahibkarlıq, marketinq haqqında biliklər verilib. Gənclər öz suallarını səsləndirib və cavab tapıb. Sonda iştirakçılara kitablar hədiyyə olunub və istirakçılar sertifikatla təmin olunub.
Xəbəri paylaş