Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neftçalanın yeni icra başçısı ilk olaraq Heydər Əliyevin abidəsini ziyarət etdi



Newscenter.az.7.03.2020. Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncam əsasında Neftçala rayonunun icra hakimiyyətinin başçısı təyin edilən MirHəsən Seyidov rayon mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Newscenter.az xəbər verir ki, rayonunun yerli icraedici orqanlarının nümayəndələri ilə birgə ümummilli liderin abidəsini ziyarət edən MirHəsən Seyidov abidənin önünə gül dəstələri qoyub, ulu öndərin ruhunu ehtiramla yad edib.

Mehman
Xəbəri paylaş