Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Oğuzda 2 ha sahədə ağaclar yanıb ağaclar yanıb



Newscenter.az.7.03.2020. Oğuz rayonunun Xaçmazqışlaq kəndi yaxınlığında 2 ha sahədə kol-kos və ağaclar yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, meşə zolağı yanğından mühafizə olunub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin ərazi üzrə yerli bölmələrinin əməkdaşları tərəfindən söndürülüb;

Quba rayonunun Qonaqkənd qəsəbəsində həyətyanı sahəyə yığılan 3 ton ot bağlamasının 2,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəbəri paylaş