Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda koronavirusdan ölənlər toplu şəkildə basdırılır - VİDEO



Newscenter.az.8.03.2020. Çinin Uhan şəhərində ortaya çıxan və sürətlə dünya ölkələrinə yayılmağa başlayan yeni növ koronavirus (Covid-2019) səbəbindən ölənlərin sayı artmaqdadır.

Cebhe.info xəbər verir ki, ölkə başçısının "Koronavirus bütün ölkəyə yayıldı" açıqlamasını etdiyi İranda ölənlərin sayı 145 nəfərə çatıb. Virusa yoluxanların ümumi sayı isə 5823 nəfər olaraq açıqlanıb.

Sosial şəbəkədə paylaşılan son görüntülər isə insanları dəhşətə salıb. Belə ki, yayılan görüntülərdə İranda koronavirusdan ölənlərin toplu şəkildə basdırıldığı görünür.
Xəbəri paylaş