Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Turizm Universiteti BMT-nin keyfiyyət sertifikatına layiq görülüb



Newscenter.az.13.03.2020. Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) ali təhsilin bakalavriat və magistratura səviyyələrində həyata keçirdiyi “turizm və otelçilik” ixtisası üzrə təhsil proqramları Ümumdünya Turizm Təşkilatının nüfuzlu “UNWTO.TedQual” keyfiyyət sertifikatına layiq görülüb.

Newscenter.az xəbər verir ki, “UNWTO.TedQual” keyfiyyət sertifikatı Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin potensialının artırılması” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində əldə edilib.

Layihənin məqsədi müvafiq ixtisas üzrə kadr hazırlığında təlim və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir. Layihənin hədəfi isə təhsil müəssisəsinin institusional potensialının gücləndirilməsi yolu ilə Azərbaycan Respublikası hökumətinin turizm sahəsində qarşıya qoyduğu yüksək ixtisaslı kadr hazırlığı işinə daha səmərəli töhfə verməkdir.

Xatırladaq ki, ötən il həm də beynəlxalq sertifikasiya orqanı (DNV GL) tərəfindən ATMU-nun turizm və qonaqpərvərlik sahəsində mütəxəssislərin hazırlanması fəaliyyəti ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi uyğunluq sertifikatına layiq görülüb.

Ayan
Xəbəri paylaş