Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətəndaş qəbulunun vaxtı dıyişib



Newscenter.az.13.03.2020. Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti rəhbərliyinin mart ayı üçün nəzərdə tutulan qəbul günlərinin tarixi dəyişdirilib.

Newscenter.az-a daxil olan məlumata görə, dəyişikliyə əsasən, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Horadiz şəhərində Füzuli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinlərini 31 mart 2020-ci il tarixində qəbul edəcək. “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarovun Beyləqan və Xocavənd, sədr müavini Etibar Məmmədovun İmişli rayonunun sakinləri ilə görüşləri martın 30-da keçiriləcək.
Vətəndaşlar qəbul üçün Füzuli, Beyləqan, Xocavənd və İmişli rayon Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

Zaur
Xəbəri paylaş