Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zakir Həsənov düşmən təxribatlarının qarşısının dərhal alınması məqsədilə əmr verib



Newscenter.az.14.03.2020. Müdafiə naziri Zakir Həsənov düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədilə

Newscenter.az xəbər verir ki, bu barədə nazir bu gün keçirdiyi xidməti müşavirədə bildirib.

Qeyd edək ki, cəbhədəki əməliyyat şəraitini təhlil edən Müdafiə naziri düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədilə lazımi qüvvə və vasitələrdən istifadə edilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, intensiv döyüş hazırlığı səviyyəsinin artırılması üçün hərbi hissələrdə, əsasən ön xətdə yerləşən bölmələrdə keçirilən döyüş hazırlığı tədbirlərinin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməsi, döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat imkanlarının daha da genişləndirilməsi ilə bağlı komandir-rəis heyətinə əmr verib.
Xəbəri paylaş