Şimali Kiprdə koronavirusa yoluxanların sayı 5-ə çatdı
Tarix: 15-03-2020, 11:02
Newscenter.az.15.03.2020. Şimali Kipr Türk Respublikasında koronavirusa yoluxmuş xəstələrin sayı 5-ə çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Şimali Kipr Türk Respublikasının Səhiyyə Nazirliyinə istinadən verib.
"Hazırda ölkə üzrə 5 aktiv xəstə mövcuddur və onlar da nəzarət altındadır, vəziyyətləri yaxşıdır. Buranın ən tanınmış həkimi, əziz dostumuz və diasporamızın sədr müavini Bəxtiyar Məmmədov ölkədə aparılan bütün bu proseslərin içərisindədir. Onunla telefon danışığımız olub. Soydaşlarımızdan hər hansı bir problemi olan olarsa müraciət edə bilər. Hazırda ölkə üzrə ciddi bir sıxıntı müşahidə olunmamaqdadır".
Mehman