Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyasi islahatlar yeniləşməyə, yeniləşmə inkişafa aparır



Newscenter.az.17.03.2020. Azərbaycanın dövlət idarəçiliyi sistemində, siyasi arxitekturada aparılan demokratik islahatlar müasir çağırışların fəlsəfəsinə uyğun olaraq keyfiyyətcə tamamilə yeni mərhələyə qədəm qoymaqdadır. Ölkədə yeniləşmə xəttinin əsas istiqamətləri birbaşa vətəndaşa layiqli xidmət etmək, onların hər bir qayğısına həssaslıqla yanaşmaq və dövlətin sosial funksiyasının bütün mahiyyətini ictimaiyyətin həyatında təsirli şəkildə gerçəkləşdirməkdir. Bu siyasətin ana hədəfi isə dövlət aparıtnda məsul vəzifə daşıyan məmurların hər birinin məsuliyyətini dərk edərək dövlət başçısının qarşıya qoyduğu tapşırıqları layiqincə yerinə yetirməkdir.

Dövlətin demokratikləşən, müasir siyasi obrazını zənginləşdirən yeni kursunun ahənginə və çevik dinamikliyinə uyğun olaraq dövlət aparatının ən yüksək postlarından ən aşağı nöqtəsinədək kardinal dəyişikliklər öz müsbət siqnallarını verməkdədir. Son bir ildə kadr və struktur islahatlarının aparılması idarəetmə aparatının çevikliyi və qərarların daha qısa zamanda, eləcə də dövlət xidmətlərinə əlçatanlığın təmin edilməsi baxımından mühüm rol oynayıbdır. Ancaq bununla belə müasir idarəetmə sistemində ləng və dövrün reallıqları ilə ayaqlaşa bilməyən struktur sahələri qalmaqdadır. Yeniləşən Azərbaycanın yeni siyasi gündəliyi də məhz dövlət aparatının fəal dinamikliyini və mühərrikliyini tələb edir.

Azərbaycanda gedən siyasi proseslər faktiki olaraq bütün strukturların, icra orqanlarının yeni siyasi modelə transformasiyanı da labüd edir. Qanunvericilik orqanında başa çatdırılan son islahatlardan sonra icra orqanlarının digər bölmələrində də yeni meyarlara uyğun siyasi modernizasiyaya ciddi və çoxsaylı əsaslar var. Ölkənin indiki inkişaf mərhələsində xüsusi rolu olan qanunvericilik təminatı sahəsində yeni parlamentin formalaşdırılması intensiv xarakter almış islahatların daha da genişlənməsi üçün qanun-icra mexanizmi vəhdətinin də optimallaşmasını tələb edir. Yeni qanunlar və qərarlar şəraitində bütün strukturların siyasi məsuliyyəti artır.

Hər bir sahədə sistemli yanaşmanın tətbiqinin əhatəsini artıran Prezident İlham Əliyevin davam etdirdiyi kursun perspektiv trayektoriyası siyasi idarəetmə strategiyasına da yanaşmanı dəyişməyə fokuslanıb. Bu dövlət siyasətində təmsil olunmuş hər bir komanda üzvü fəaliyyət və spesifik sahəsindən asılı olmayaraq bu modelin ən incə detallarını mənimsəmıəyə məcburdur. Aparılan sosial-iqtisadi islahatlar, regionların inkişafına dövlətin göstərdiyi qayğı və diqqət nəzərə alınaraq, regionlarda sosial-iqtisadi inkişafın tamamilə yeni mərhələyə qədəm qoyması məqsədilə digər əməli tədbirlərlə yanaşı, səmərəliliyin qiymətləndirilməsi zəruridir. Prezident İlham Əliyevin dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı bu baxımdan icra hakimiyyəti orqanlarının fəaliyyətinə yeni baxış, yanaşma və yeni siyasi qiymətin verilməsi deməkdir.
Güclü siyasi iradənin nəticəsində daha da dərinləşən islahatlar dövlət idarəçiliyinin təkmilləşməsi, yeni dövrə uyğunlaşma və tərəqqi üçün əsaslı zəmin deməkdir.

Müasir dünyanın siyasi vizyonu da məhz dayanmadan yeniləşmədə daha aydın və parlaq görünür. Bu mənada Azərbaycanın siyasi həyatının bir hissəsi olan idarəetmədə səmərəliliyin artırılması daha çevik, yığcam və məqsədyönlü fəaliyyətin təmin edilməsi baxımından mühüm rol oynaya bilər. Ən mütərəqqi dünya təcrübəsinə uyğun əsas səmərəlilik göstəriciləri üzrə qiymətləndirmənin tətbiq olunması icra orqanlarının fəaliyyətində tamamilə dönüş yaradılmasına, sosial-siyasi intizamın və şəffaflığın möhkəmlənməsinə imkan verir. Dövlətin siyasi komandasının vahid prinsiplər və sosial dövlət ideyası ətrafında irəliləməsini təmin edir, vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olmasına şərait yaradır.

Vaqif Abdullayev-Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü
Xəbəri paylaş