Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Koronavirusdan ölənlərin sayı 8 000-i ötdü



Newscenter.az.18.03.2020. Dünyada koronavirus pandemiyasının qurbanlarının sayı 8 009-a çatıb.

“Report” xəbər verir ki, dünyada ən çox ölüm hadisəsi Çin (3 237), İtaliya (2 503), İran (988) və İspaniyada (533) qeydə alınıb.

Qeyd edək ki, infeksiya indiyədək 167 ölkə və regionda qeydə alınıb.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Dünyada koronavirus infeksiyasına indiyədək 199 475 insan yoluxub. Virusdan sağalanların sayı 82 812 nəfərdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbəri paylaş