Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ATƏT koronavirusa görə cəbhə xəttində monitorinqləri dayandırdı



Newscenter.az.19.03.2020
. ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər.

“Report”un məlumatına görə, bəyanatda bildirilir ki, COVID-19 virusunun yayılması ilə bağlı yaranmış müstəsna vəziyyətə görə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi tərəfindən monitorinq dayandırılıb. Bu baxımdan ATƏT-in Minsk qrupu həmsədrləri tərəfləri atəşkəsə ciddi əməl etməyə və bu dövrdə gərginliyi daha da artıra biləcək hər hansı təxribatlara yol verməməyə çağırırlar.

“Regionun tibbi qaynaqlarının yalnız virusun yayılmasının qarşısını almağa, xəstələrin müalicəsinə yönəldilməsinin vacib olduğunu nəzərə alaraq tərəfləri həm də mövcud birbaşa rabitə kanallarından yararlanmaqla gərginləşmə riskini azaltmaq üçün mümkün qədər təmkinli olmağa israrla çağırırıq. Beynəlxalq səfərlərə gətirilən ciddi məhdudiyyətlərə baxmayaraq, həmsədrlər bundan sonra da bir-biri ilə və tərəflərlə sıx əlaqədə olmaqla vasitəçilik səylərini durmadan davam etdirəcəklər”, - sənəddə vurğulanıb.
Xəbəri paylaş