Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz Bayramı günlərində xüsusi iş rejimində fəaliyyət göstərəcək



Newscenter.az.19.03.2020. Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz Bayramındakı qeyri-iş günlərində də xüsusi iş rejimində çalışacaq.

Newscenter.az-a daxil olan məlumata görə, nazirliyin Aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda koronavirusun profilaktikası üzrə bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. İşçilər mütəmadi olaraq zəruri sayda fərdi qoruma vasitələri (tibbi maskalar, əlcəklər) ilə təmin olunurlar.

Respublika ərazisində fəaliyyət göstərən rəsmi avtovağzal və avtostansiya komplekslərində beynəlxalq və ölkədaxili sərnişindaşımanı həyata keçirən daşıyıcılarla birlikdə avtonəqliyyat vasitələri, eləcə də avtovağzal ərazisi, gözləmə zalı, xidmət otaqları, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələr gündəlik dezinfeksiya olunur, proses bayram günlərində də davam etdiriləcək.

Həmçinin “Bakı Taksi Xidməti” MMC-nin paytaxtda xidmət göstərən avtomobillərində də hər gün dezinfeksiya işləri aparılır. Poçt Daşıma, “Şəbəkə” xidmət mərkəzləri, Poçt filial və şöbələrində də dezinfeksiya işləri hər gün davam etdiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bayram günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verilib.

Anar
Xəbəri paylaş