Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya ərazisinə sərnişin qatarlarının hərəkəti dayandırılır



Newscenter.az.19.03.2020. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.

Newscenter.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, bununla əlaqədar martın 21-dən Bakı-Kiyev-Bakı sərnişin qatarının və martın 26-dan Bakı-Moskva-Bakı və Bakı-Rostov-Bakı sərnişin qatarlarının hərəkəti xüsusi göstərişədək müvəqqəti olaraq dayandırılır.

Nəzərinizə çatdırırq ki, Bakı-Rostov sərnişin qatarı Bakıdan axırıncı dəfə martın 22-si saat 3:25-də yola düşəcək. Bu qatara yalnız Rusiya vətəndaşlarına bilet satılır.

Anar
Xəbəri paylaş