Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyanın 185 ölkəsində 267.013 nəfər koronavirusa yoluxub

Dünyanın 185 ölkəsində 267.013 nəfər koronavirusa yoluxub


Newscenter.az.22.03.2020. Koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha ciddi tədbirlər görməyə məcbur edir.

Hazırda bir çox ölkələrdə intensiv qabaqlayıcı tədbirlər həyata keçirilməsinə baxmayaraq, qısa müddətdə infeksiyanın yayılmasının qarşısını almaq mümkün olmamışdır.

Newscenter.az Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, dünyanın 185 ölkəsində 267.013 nəfər koronavirusa yoluxub və xəstəlikdən 11,201 nəfər vəfat edib. Xəstəliyin əhatə dairəsi, yoluxma tendensiyası genişlənməkdədir. Virusa qarşı profilaktik tədbirlər çərçivəsində bir çox dövlətlər risk ölkələri ilə sərhədləri bağlayır, avia reysləri təxirə salır.
Xəbəri paylaş