Bakı Media Mərkəzi koronavirusla bağlı üç videoçarx hazırlayıb
Tarix: 23-03-2020, 13:00
Newscenter.az.23.03.2020. Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq Bakı Media Mərkəzi, sosial məsuliyyəti çərçivəsində xüsusi videoçarxlar hazırlayıb.
Vətəndaşların maarifləndirilməsi və məlumatlandırılması məqsədi daşıyan bu sosial video-çarxlarda koronavirusla mübarizə üsulları, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsi təşviq olunur.