Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Martın 28-dək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb



Newscenter.az.23.03.2020. Sərnişin tələbatını nəzərə alaraq, martın 24-dən martın 28-i də daxil olmaqla, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayında dəyişiklik edilir.

Newscenter.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyindən verilən məlumata görə, sərnişinlərin nəzərinə çatdırırıq ki, həmin tarixlərdə Bakıdan saat 17:00, 18:30 və 19:55-də yola düşən qatarlar, Sumqayıtdan isə Bakıya saat 17:45, 18:45 və 19:30 - da qayıtmalı olan qatarların hərəkəti ləğv olunur.
Xəbəri paylaş