Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DANX: "Sərnişinlərin qaydalara uyğun gediş gəlişini fasiləsiz təmin edəcəyik"



Newscenter.az.25.03.2020. Şəhərdaxili və rayondaxili 617 marşrut xətti üzrə xidmətinə məhdudiyyət qoyulmayan avtobusların sürücüləri xüsusi karantin rejimi dövründə sərnişinləri daşımaqdan imtina etməyiblər. DANX olaraq sərnişinlərin qaydalara uyğun gediş gəlişini fasiləsiz təmin edəcəyik.

Newscenter.az xəbər verir ki, bu fikirləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova səsləndirib. Xidmət rəsmisi onu da əlavə edib ki, ancaq o sürücülərin bu dövrdə etdikləri fədakarlığı nəzərə alaraq heç bir zərurət yoxdursa evlərimizdən çıxmayaq:

"Bu günlər müvəqqətidir. Bir-birimizi düşünməyin vaxtıdır. Bu günə qədər həmişə narazı olduğumuz sürücülər gəlir düşünmədən çalışacaqlarını bildirdilər. Onları da evdə gözləyənləri nəzərə alaraq #evdəqalaq"

Anar
Xəbəri paylaş