Bakıdakı 50-dən artıq marşrut avtobusunda dezinfeksiya dispenserləri sərnişinlər tərəfindən qırılıb
Tarix: 26-03-2020, 11:00
Newscenter.az.26.03.2020. Bakıdakı marşrut avtobuslarında sərnişinlərin əllərini dezinfeksiya etməsi üçün qoyulan dispenserləri bəzi sərnişinlər qırıb. Newscenter.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
O, bildirib ki, son bir neçə gündə 50-yə yaxın belə hal baş verib: “BakuBus”da belə halla gündəlik rastlaşırıq. Həmin dispenserlərin içindəki məhlulu dağıdıb yerə tökdükləri hallar da olur. Son dayanacaqda avtobusları təmizləməli oluruq. Bu bir neçə gün ərzində 50 avtobusda belə hal olub.
Anar