Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Adil Qəribov “Şöhrət” ordeni ilə təltif edildi



Newscenter.az.27.03.2020. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Adil Abdulxalıq oğlu Qəribovun “Şöhrət” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Adil Abdulxalıq oğlu Qəribov “Şöhrət” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Adil Qəribov 28 mart 1950-ci ildə Şəki rayonunun İbrahimkənd kəndində anadan olub. Sabah onun 70 yaşı tamam olur.

A.Qəribov Azərbaycan kimyaçısı, kimya elmləri doktoru, professor, AMEA-nın müxbir və həqiqi üzvüdür.

2005-ci ildə Əməkdar Elm Xadimi adına layiq görülüb.
Xəbəri paylaş