Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Axtarışda olan 6 nəfər saxlanılıb

Axtarışda olan 6 nəfər saxlanılıb


Newscenter.az.27.03.2020. Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da 29 cinayətin üstü açılıb.

Newscenter.az Bakı Şəhər Baş Polis İdarəsinə xəbər verir ki, onlardan 7-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Qəsdən adam öldürmə 1, xuliqanlıq 5, narkotiklərin qanunsuz dövriyyəsinə görə 3, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 15 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 6 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Mehman
Xəbəri paylaş