Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvan Qarnizonu Qoşunlarında yarış keçirilib - VİDEO



Newscenter.az.27.03.2020. Naxçıvan Qarnizonu Qoşunlarında “Ən yaxşı tank və zirehli döyüş maşını heyəti” adı uğrunda yarış keçirilib.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir kki, yarışın planına əsasən tanklar, piyadanın döyüş maşınları və zirehli transportyorlar üzrə bilikləri yoxlanılan hərbi qulluqçulardan döyüş və texniki hazırlıq üzrə normativlər qəbul olunub.

Heyətlər döyüş texnikalarından ustalıqla istifadə edərək hədəfləri sərrastlıqla məhv edib və sürücülük çalışmalarını peşəkarlıqla yerinə yetiriblər.
“Ən yaxşı tank və zirehli döyüş maşını heyəti” adı uğrunda yarışda fərdi qiymətləndirmə də aparılaraq ən yaxşı tank-döyüş maşını komandiri, tuşlayıcı-operator və mexanik-sürücü adlarını qazananlar da olub. Yarışda yüksək nəticələr göstərmiş hərbi qulluqçular Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.
Xəbəri paylaş