Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ismayıllıda koronavirusa qarşı mübarizə tədbirləri davam edir



Newscenter.az.28.03.2020. İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Talıstan, Təzəkənd, Kürdmaşı, Diyallı, Keyvəndi, Cülyan, Müdri, Həftəsov, Zərnava və Əhən kəndləri ərazisində dezinfeksiya işləri aparılıb.

Newscenter.az Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, dezinfeksiya işləri yaşayış məntəqələri ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların inzibati binalarının, eləcə də, əhalinin daha çox istifadə etdiyi küçələrdə xüsusi dərman pereparatlarından istifadə olunmaqla həyata keçirilib.

Bundan əlavə sakinlər, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarlarla tanış edilib və onlara müəyyən edilmiş məhdudiyyətlərə əməl etmələri tövsiyyə olunub. Lahıc qəsəbəsində və Zərnava kəndində sakinlərə virusdan qorunmaq məqsədi ilə hazırlanmış bukletlər paylanılıb, mərkəzi küçələrə təlimatlar vurulub. Müvafiq tədbirlər davam etdirilir.

Mehman
Xəbəri paylaş