Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Myvideo.az televiziya məzmununun keyfiyyətini optimallaşdırdı




Newscenter.az.28.03.2020
. Myvideo.az portalı, Azərbaycanın milli televiziya kanallarının populyarlaşdırılması və tanınmış İnternet resurslarına daha səmərəli çıxışın təmin edilməsi üçün xarici CDN operatorları ilə müqavilələr bağlayıb.

Newscenter.az-ın Myvideo.az-a istinadən verdiyi məlumata görə, bu texnologiya ağır video məzmunun verilməsini optimallaşdırmağa və məzmunun İnternetdə son istifadəçilərə paylanmasını təmin etməyə imkan verir, həmçinin internet istifadəçilərinin audio-video və digər rəqəmsal yükləmələmələrin endirmə sürətini artırmağa kömək edir.

Myvideo.az hesab edir ki, koronavirus pandemiyası və əhalinin əksəriyyətinin ev rejiminə keçməsi nəticəsində teleportalın sosial məsuliyyəti xeyli artmışdır. Atılan addımlar pandemiya şəraitində təkcə ölkəmizdə deyil, bütün dünyada azərbaycanlıların pandemiya şəraitində səmərəli istirahətini təmin edəcəkdir.

Qeyd edək ki, myvideo.az portalı 8 ildir ki, populyar xarici iptv \ OTT platformalarından milli televiziya kanallarının və Azərbaycanın populyar İnternet resurslarının yayımına çıxış təmin edir.
Xəbəri paylaş