Vergi orqanlarına işə qəbul imtahanı təxirə salındı
Tarix: 29-03-2020, 16:15
Newscenter.az.29.03.2020. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq, Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb.
Newscenter.az bu barədə Nazirliyə istinadən xəbər verir.
Test imtahanının keçirilmə yeri və tarixi müəyyənləşdirildikdən sonra bu barədə əlavə məlumat veriləcək.