Bakıda Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə xidmətə cəlb edildilər
Tarix: 30-03-2020, 15:10
Newscenter.az.30.03.2020. Bakıda xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi il bağlı Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları polislə birgə xidmətə cəlb ediliblər.
DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov açıqlamasında məlumatı təsdiqləyib.
O qeyd edib ki, məqsəd koronavirus infeksiyasının yayılmaması, onun törədə biləcəyi fəsadların qarşısının alınması, məhdudlaşdırılma tədbirlərinin tam və hərtərəfli yerinə yetirilməsidir:
"Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə bütün paytaxt ərazilərində xidmət aparacaq".