Impera

XƏBƏR LENTİ
22:17Türkiyədə koronavirus 4 540 nəfərin ölümünə səbəb oldu21:44Koronavirus dünyanın bütün ölkələrində tüğyan edən bəladır və ona etinasız yanaşmaq, yolverilməzdir21:21Azərbaycanda 300 minə yaxın şəxs koronavirus testindən keçirilib21:09Sosial şəbəkələrdə təhqirlə məşğul olan, ictimai rəyi çaşdırmağa cəhd edənlər məsuliyyətə cəlb edilməlidir20:49Deputatların KİV və sosial şəbəkələrdə fəallığı barədə hesabat hazırlanacaq20:31Milli Məclisdə xüsusi iş qaydası tətbiq edilib19:42Düşmənlə səngərdə olan əsgər və zabitlərimiz torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyirlər19:17Şamaxı rayon ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər18:26Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı18:01Bahar Muradovanın iştirakı ilə onlayn konfrans keçiriləcək17:30Koronavirusa yoluxanların sayı 5500-ə çatır17:16Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb17:03Bu yolda hərəkət qısamüddətlik məhdudlaşdırılır16:54Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatdı16:43İnternet resurslarının hüquqi tənzimlənməsi problemi16:2882 deputat Milli Məclisin növbədənkənar sessiyasının çağırılmasını istəyib16:18Milli Məclis tibbi maskaya görə cərimələrlə bağlı qərar qəbul etdi15:58Ermənistan iqtidarı hazırkı danışıqlar kursunun dəyişməməsində maraqlıdır15:34Zahid Oruc: "“Parlament müxalifəti” haqqında qanun qəbul olunsun"15:16DADP sədri: "Kimlərsə sosial şəbəkələrə yalnız və yalnız dezinformasiya yaymaq məkanı kimi baxır"14:34Müdafiə Nazirliyi deputatı yalan danışmaqda ittiham etdi14:15Nazirlik: " İdman təyinatlı obyektlərin açıq havada yerləşən meydança və qurğuları əhalinin istifadəsinə verilir"13:55Ayı tutularaq Reabilitasiyası Mərkəzinə göndərildi - VİDEO13:46Azərbaycanda daha bir vəzifəli şəxsin qanunsuz əməlləri ifşa olunub13:32Millət vəkili: "İnsanlar səhlənkarlıq edərlərsə, infeksiya yenidən geniş şəkildə yayıla bilər"13:15Şəkinin küçələrində peyda olan ayının aqibəti necə oldu?-VİDEO12:45Siyavuş Novruzov Operativ Qərargahı tənqid etdi12:22Milli Məclisin Sədri: “Deputatlar telefondan başını qaldırmır”12:13Uşaqların Mehriban dünyası11:47Bakı Ali Neft Məktəbinin əməkdaşlarının COVID-19 analiz nümunələrinin nəticələri neqativ çıxıb11:37Ayı Altıağac Milli Parkına aparılacaq10:30Qəbələdə uşaq və heyvan sürüsü bataqlıqda qalıb10:12ABŞ-da iğtişaşlar zamanı 1 400-ə yaxın insan saxlanılıb09:47Bu gün parlamentin yaz sessiyasının sonuncu iclası keçiriləcək09:33Atəşkəs rejimi 25 dəfə pozulub09:16Şəkinin mərkəzində ayı peyda oldu-VİDEO09:00Millət vəkili may ayında sonuncu onlayn qəbulunu keçirdi-FOTOLAR00:12Açıq havada idman yarışlarına icazə verildi23:11Azərbaycan-İran sərhədində yanğın olub22:30Millət vəkili Xorvatiya xalqını Dövlətçilik Günü münasibəti ilə təbrik edib22:18Türkiyədə COVID-19-dan ölənlərin sayı 4 500-ü ötdü21:18Azərbaycanda koronavirusla bağlı neçə nəfər testdən keçib?20:35İcra başçısına məxsus maşın aşdı: Başçının fermer təsərrüfatını idarə edən şəxs vəfat etdi - FOTOLAR20:16ABŞ-da vətəndaş müharibəsi təhlükəsi, Ağ Evin qarşısında iğtişaşlar baş verdi19:41Könül Nurullayeva: "Bütün beynəlxalq qurumlar Azərbaycanın qlobal həmrəylik təşəbbüsünü, eləcə də pandemiya ilə mübarizə siyasətini yüksək qiymətləndirirlər"19:03Qərb rayonlarına yağış yağıb, Daşkəsənə dolu düşüb18:16Baş Prokurorluq Bərdədə iki nəfərin bıçaqlanması ilə bağlı məlumat yaydı17:51Azərbaycanda koronavirusa yoluxanların sayı 5 mini ötdü17:41Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub17:21Bakıda fləşmob təşkil edən 50 nəfər saxlanıldı17:10Şirvanda mikroavtobus qəzaya uğradı, ölən və yaralananlar var16:41Xəzərdə dalğanın hündürlüyü artıb16:21Ramiz Alıyev: "Sosial şəbəkələr söyüş, qeyri etik davranış, terrora, qarşıdurmaya çağırış platformasına çevrilib"15:51“Azərtoxum”un direktoru bıçaqlandı15:18Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən birini təşkil edir15:02AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib14:25Kənd Təsərrüfatı Nazirliyinin səyyar mikroavtobusları Masallı rayonunda səyyar xidmətə başlayıb-FOTOLAR13:55Tibbi maskalardan istifadə etməyənlər bu məbləğdə cərimə olunacaq13:28Sabah hava dəyişkən buludlu olacaq, yağış yağacaq13:12Müdafiə Naziri: "Azərbaycan əsgərinə qarşı yönələn düşmən niyyətlər ifşa olunacaq"12:41Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) 47-ci iclası keçirilib12:34"Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir12:18Bakıda filialı olan xarici bankın rəhbər şəxslərindən biri koronavirusdan ölüb12:06Zakir Həsənov: "Bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq"11:30Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi tamamlanıb11:09Fatma Yıldırım: "Cənab Prezident dəfələrlə qeyd edib ki,....."10:48Balakən və Zaqatalada narkotik becərənlər saxlanılıb10:33Dörd rayonun icra başçısının büdcə xərclərini gizlətməsi üzə çıxdı10:19Cəlilabadda narkotik ticarəti ilə məşğul olan qohumlar saxlanıldı09:58Daha bir icra başçısının mülklərinin siyahısı yayıldı09:38Düşmən 29 dəfə atəşkəs rejimini pozub09:22Bakıda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılır09:1513-cü "Tələbə baharı " onlayn keçirildi09:06Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü09:00Şəki Elxan Usubov tərəfindən talan edilir, icra başçısı sakinlərə çörək vermək əvəzinə onların çörəyini kəsir-VİDEO08:45Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fəaliyyətlərində qaçqın və məcburi köçkünlərə diqqət və qayğını davam etdirirlər08:38Səfir Elmira Axundova etimadnaməsini Ukrayna prezidentinə təqdim edib08:00Valideynlər Gömrük Akademiyasına təşəkkürlərini bildiriblər20:09Gömrük sahəsində akademik və təlimlər üzrə yeni əməkdaşlıq imkanları müzakirə edilib19:32“Azərpoçt” bayram günlərində növbəli iş rejiminə keçəcək19:00Gələn ay bəzi ölkələrə aviareyslər bərpa oluna bilər18:43İdman tədbirlərinə iyunun 1-dən icazə veriləcək18:29Gələn ay iri ticarət mərkəzlərinin açılması gündəmdədir18:10Karantin rejimi dövründə ərzaq satışı məntəqələrinə nəzarət tədbirləri genişləndirilib17:52MOK- un təşəbbüsü ilə üzrə milli federasiyaların mətbuat katibləri ilə görüş baş tutub17:40Ceyranbatan su anbarlarında əsaslı yenidənqurma işləri aparılır17:25Milli Olimpiya Komitəsi “OLİMPİYA GÜNÜ” nü eyvanlara çıxan Bakı sakinləri ilə qeyd etdi17:12Prezident 4 nəfərə dövlət mükafatı verdi - SİYAHI17:10Azərbaycanda daha bir tibb işçisi koronavirusdan ölüb17:06Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub16:55YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva İCAPP-ın xüsusi videokonfransında iştirak edib16:43"KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb16:36Gömrük idarələri mayın 25-dən etibarən gündəlik iş rejimində fəaliyyətini davam etdirəcək-VİDEO16:19DSMF-nin əməkdaşı rüşvət alarkən tutuldu16:07Müdafiə naziri şəxsi heyəti bayram münasibətilə təbrik edib15:48BMU-da İnformasiya təhlükəsizliyi üzrə yüksək ixtisaslı kadrlar hazırlanacaq15:35Ələt azad iqtisadi zonası yaradılıb15:22"Məktəb psixoloqundan tövsiyələr": XXIV videoçarx15:12Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib15:10Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinə fəxr ad verildi
BÜTÜN XƏBƏRLƏR
Mayıs 2020 (949)
Nisan 2020 (1438)
Mart 2020 (1234)
Şubat 2020 (624)
Ocak 2020 (9)
Aralık 2019 (384)

«    Mart 2020    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Gömrük Komitəsi ittihamları təkzib edir

30 Mart 2020, 15:51   


Newscenter.az.30.03.2020. Ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə özünü "Aeterna Farm" MMC-nin hüquqi nümayəndəsi kimi təqdim edən şəxs Dövlət Gömrük Komitəsinin ünvanına həqiqətə uyğun olmayan ittihamlar irəli sürüb.
Həmin şəxs iddia edir ki, ötən ilin sentyabr ayının 18-də Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşı guya qanunsuz şəkildə "Aeterna Farm" MMC-nin anbarına daxil olub, "qanuni" əsaslarla, "dövlət rüsumu ödənilməklə" Azərbaycan Respublikasına gətirilən dərman vasitələri və tibbi avadanlıqları götürərək şirkətə maddi ziyan vurub, "işgüzar" imicinə xələl gətiriblər.

Newscenter.az-ın xəbərinə görə, DGK iddialara cavab olaraq bildirir ki, "Aeterna Farm" MMC-nin anbarına baxış keçirilməsi, dərman və tibbi ləvazimatların götürülməsinə səbəb həmin hadisədən 2 gün əvvəl, yəni sentyabr ayının 16-da "Aeterna Farm" MMC-nin ünvanına gələn malların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə cəhd göstərilməsidir.

Belə ki, sentyabrın 16-da Gürcüstan istiqamətindən "Qırmızı Körpü" gömrük postuna daxil olmuş Azərbaycan Respublikası vətəndaşı Qədirov Vüqar Dilqəm oğlunun idarə etdiyi "DAF" markalı, 99RM810/60ZA811 dövlət nömrə nişanlı yük avtomobilində Serbiya Respublikasından "Aeterna Pharma" şirkətinə 16422 avro dəyərində tibbi məhlul yükü göndərilməsinə dair gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədləri təqdim etməklə nəqliyyat vasitəsindəki yükü tibbi məhlul adı ilə qeydiyatdan keçirib. Lakin avtomobil gömrük nəzarətinin başa çatdırılması üçün təyinatı üzrə stasionar rentgen qurğusundan keçməyərək birbaşa gömrük postunun yaxınlığında olan yanacaqdoldurma məntəqəsinə gətirilib, orada "DAF" markalı nəqliyyat vasitəsinin qeydiyyat nişanlarını açaraq həmin əraziyə əvvəlcədən gətirdiyi, yük yerində 3120 qutu tibbi məhlul olan, zahiri görünüşcə eynilik təşkil edən özünə məxsus digər "DAF" markalı, 99RL810/99ZA811 dövlət nömrə nişanlı yük avtomobilinin qeydiyyat nişanları ilə dəyişdirib. Həmçinin, nəqliyyat vasitəsinin üzərinə gömrük təminatı üçün qoyulmuş GPS (naviqasiya) qurğusunu yük yerinin trosunu kəsməklə çıxararaq digər nəqliyyat vasitəsinə quraşdırıb. Bundan sonra dərman vasitələri yüklü nəqliyyat vasitəsini Vüqar Qədirov idarə edərək hərəkətini Bakı şəhəri istiqamətində davam etdirib, tibbi məhlul yüklü digər nəqliyyat vasitəsi isə razılaşdıqları kimi qardaşı, Azərbaycan Respublikası vətəndaşı Qədirov Xəqani Dilqəm oğlu tərəfindən idarə edilərək stasionar rentgen qurğusunun olduğu əraziyə gətirilib. Daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri ilə Bakı şəhəri istiqmətində hərəkətdə olan Vüqar Qədirovun idarə etdiyi "DAF" markalı nəqliyyat vasitəsi Qazax rayonunun girişində saxlanılaraq "Qırmızı Körpü" gömrük postuna qaytarılıb və ilkin baxış zamanı nəqliyyat vasitəsinin kabinəsində aşkar edilmiş 745 adda 1899172,23 manat dəyərində dərman preparatları aşkar edilib. Həmin fakta görə 17 sentyabr 2019-cu il tarixdə DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə iş başlanıb. İstintaq zamanı müəyyən edilib ki, qaçaqmalçılıq yolu ilə keçirilmiş 745 adda 1899172,23 manat dəyərində dərman preparatlarının 674 adda 1572066,29 manat dəyərində olan hissəsi qanunla dövlət qeydiyyatı tələb olunan, lakin Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman preparatlarıdır. Göstərilənlər nəzərə alınmaqla cinayət işi Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən, AR CM-nin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələrinə tövsif edilib və istintaqı davam etdirilib.

Qeyd edilməlidir ki, "Aeterna Farm" MMC–nin anbarından dərman preparatlarının götürülməsi AR cinayət prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq qanuni və əsaslıdır. Belə ki, cinayət işinin istintaqı zamanı müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına müvafiq olaraq Bakı şəhəri Yasamal rayon məhkəməsinin 18.09.2019-cu il tarixli qərarına əsasən "Aeterna Farm" MMC–nin anbarına həmin anbarın maddi məsul şəxslərinin iştirakı ilə axtarış və götürmə istintaq hərəkəti həyata keçirilib. İstintaq hərəkəti başlanmazdan əvvəl məhkəmə qərarı "Aeterna Farm" MMC–nin direktoru İskəndərli İlqar Qayıbverdi oğluna elan edilib, o, bu barədə məhkəmə qərarının surətində müvafiq qeydlər aparıb və istintaq hərəkətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Fiziki və kimyəvi ekspertizalar şöbəsinin əməkdaşının iştirakı təmin edilib.

Axtarış və götürmə zamanı müəyyən edilib ki, "Aeterna farm" MMC Serbiya Respublikasından 11.07.2019-cu il tarixdə 2956 qutuda olan "Hartman Solution İni 500 ml" və "Ringer Solution İni 500 ml" dərman vasitələri idxal edib, mövcud qanunvericiliyə əsasən həmin tibbi məhlulla bağlı "Aeterna farm" MMC Səhiyyə Nazirliyindən müvafiq icazə sənədi əldə edənədək gömrük ödənişi ödənilmədən həmin tibbi məhlullar gömrük orqanı tərəfindən qanunverciliyə əsasən 4 ay müddətinə "Aeterna farm" MMC-nin anbarında müvəqqəti saxlanca verilib və anbar plomblanıb. Lakin həmin tibbi məhlul yükü ilə bağlı sərəncam vermək hüquq olmadığı halda "Aeterna farm" MMC rəhbərliyi tərəfindən gömrük qanunvericiliyin tələblərinə ziddi olaraq anbarda olan plomblar qopardılıb, Vüqar Qədirovun qaçaqmalçılıq yolu ilə gətirdiyi dərman preparatları ilə yerlərinin dəyişdirilməsi üçün həmin tibbi məhlulun bir qismi əvvəlcədən V.Qədirova məxsus nəqliyyat vasitəsinə yerləşdirilib. Daha sonra "Aeterna farm" MMC tərəfindən gömrük orqanına təhrif olunmuş məlumatların əks edildiyi qısa idxal bəyannaməsi təqdim edilərək V.Qədirova məxsus 99RM810/60ZA811 dövlət nömrə nişanlı yük avtomobili ilə güya Serbiya Respublikasından yenidən tibbi məhlul yükünün idxal ediləcəyi əvvəlcədən bəyan edilib. Halbuki, həmin tibbi məhlul yükü artıq idxal edilmiş və "Aeterna farm" MMC anbarına müvəqqəti saxlanca verilmişdi. İstintaq zamanı müəyyən edilib ki, gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallardan, bəyannaməyə əlavə edilən invoys sənədində ayrı-ayrılıqda qeyd edilmiş dərman vasitələrnin heç birinin yerində olmadığı, gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallardan isə, bəyannaməyə əlavə edilən invoys sənədində qeyd edilmiş 16560 flakon "Ringer Solution İni 500 ml" dərman vasitəsindən 10260 flakonun, 13000 "Hartman Solution İni 500 ml" dərman vasitəsinin 12400 flakonun yerində olmadığı müəyyən edilib və müvafiq protokol tərtib olunub.

Axtarış və götürmə istintaq hərəkəti zamanı həmin ərazidə 4 anbarın olduğu, həmin anbarlarda Qədirov Xəqani Dilqəm oğlunun idarə etdiyi "DAF" markalı, 99RM810/60ZA811 və "DAF FTXF 105" markalı, 99RL810/99ZA811 dövlət nömrə nişanlı nəqliyyat vasitələrində aşkar edilmiş dərman preparatları ilə eynilik təşkil edən dərman preperetları da daxil olmaqla, ümumlikdə 75 adda 4555 qutu tibbi avadanlıq və 33 adda 3508 qutu dərman preparatlarının anti-sanitariya şəraitində saxlanıldığı müəyyən edilib, həmin tibbi avadanlıq və dərman preparatları normativ-texniki sənədlərin tələblərinə cavab verib-verməməsi, dövlət qeydiyyatından keçib-keçməməsi, yararlı olub-olmamasının müəyyən edilməsi üçün götürülüb. Bundan əlavə, istintaq hərəkəti zamanı faktiki olaraq anbara daxil olan və çıxan tibbi avadanlıq və dərman preparatlarının adlarının əks edildiyi, ciddi hesabat sənədləri olmayan, 3 ədəd qara-mühasibatlığın əks edildiyi kitabçalar və digər əlyazmalar aşkar edilərək götürülüb. Qeyd edilməlidir ki, həmin tibbi ləvazimatlar içərisində güya 3000 ədəd qoruyucu maskanın olması həqiqəti əks etdirmir, götürülmüş dərman vasitələri və tibbi ləvazimatlar tərəflərin iştirakı ilə tərtib edilmiş müvafiq sənədlər əsasında götürülüb və həmin sənərlərin nüsxələri qarşı tərəfə təqdim edilib. Bununla yanaşı, anbardan götürülmüş, ümumilikdə 389 200 ədəd şprislər "Azərbaycan Standartladırma İnstitutu" Publik Hüquqi Şəxsinin müvafiq rəyinə əsasən standartlara cavab vermir, istifadəyə yararsızdır və insan sağlamlığı üçün zərərlidir.

Səsləndirilən digər iddiaya gəlincə, bildiririk ki, 18.09.2019-cu il tarixdə "Aeterna Farm" MMC–nin anbarında foto, video çəkilişlərdən istifadə edilməklə aparılan axtarış və götürmə zamanı həmin anbarların havalandırma sistemləri ilə təmin edilmədiyi, anbarlar standarlara cavab vermədiyi, antisanitar şəraitdə olan 2 anbarın divarının dəmir örtüklərlə örtüldüyü müəyyən edilib.
Lakin sosial şəbəkədə yayılan videodan görünür ki, "Aeterna Farm" MMC tərəfindən onlara məxsus anbarlar sonradan əsaslı təmir edilib, fasad hissəsində olan, dərman vasitələrinin saxlanması standartına cavab verməyən dəmir örtüklər çıxarılıb, yeni qapılar qoyulub, tikinti işləri aparılıb və müvafiq havalandırma sistemi ilə təchiz edilib. Odur ki, ictimaiyyəti çaşdırmağa yönələn həmin videoda qərəzli olaraq yalan məlumatlar verilməklə həmin anbarların standartlara cavab verdiyi görüntüsü yaradılıb.

Xatırladaq ki, qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən külli miqdarda dövlət qeydiyyatı tələb olunduğu halda dövlət qeydiyyatından keçməyən dərman preparatlarının Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu keçirilməsi əməllərinə görə Qədirov Xəqani Dilqam oğlu və Qədirov Vüqar Dilqəm oğlu Azərbaycan Respublikası CM-nin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan edilib və Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarına əsasən barələrində həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Respublikası CM-nin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə kifayət qədər əsaslar olduğuna görə "Aeterna Farm" MMC-nin baş direktoru İskəndərli İlqar Qayıbverdi oğlu, həmin cəmiyyətin direktoru Hacızadə Cavid Eldar oğlu və İsgəndərov Elnur Qayıbverdi oğlu istintaq orqanın çağırışlarına gəlməkdən imtina etdiklərinə, istintaqın gedişinə maneçilik törətdiklərinə görə onlar barələrində axtarış elan edilib.
Axtarış və götürmə istintaq hərəkəti zamanı "Aeterna farma"MMC-nin anbarından götürülmüş qara-mühasibatlıq sənədlərində və şahid ifadələri ilə göstərilən faktlar öz təsdiqini tapıb.

"Aeterna Farm" MMC–nin nümayəndəsinin rəsmi müraciətlərinə AR cinayət prossesual qanunvericiliyinin tələblərinə əsasən baxılıb və rəsmi olaraq cavablar verilib. Belə ki, "Aeterna Farm" MMC–nin nümayəndəsinin DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinə sonuncu müraciəti 12.03.2020-ci il tarixdə daxil olub və həmin müraciət AR cinayət prossesual qanunvericiliyinə əsasən vəsatət kimi qəbul edilərək araşdırılıb və 16.03.2020-ci il tarixdə vəsatətin rədd edilməsi barədə prossusual qərar qəbul edilib, qərarın surəti müraciət müəllifinə və ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurorluğa göndərilib.

Nəhayət "Aeterna Farm" MMC-nin gömrük orqanları tərəfindən götürülən dərman preparatları və tibbi avadanlıqları koronovirusla mübarizə tədbirləri çərçivəsində dövlətə bağışlamaq istəməsi isə məsuliyyətdən yayınmaq üçün atılan uğursuz addımdır və bu həssas məqamdan şəxsi mənafe üçün faydalanmaq cəhdidir. İlk növbədə qanunvericiliyin tələblərinə əsasən götürülmüş bütün dərman preparatları və tibbi ləvazimatlar hazırda istintaqı aparılan cinayət işi üzrə maddi sübut kimi tanınıb.

Gətirdiyi mallara dair bəyannamədə yalan məlumatlar verməklə dövləti aldatmağa çalışan, anbarına dövlət qurumu tərəfindən vurulan plombu qırmaq, götürülməsi qadağan olunan malları istifadə etməklə dövlətin qoyduğu qaydalara əhəmiyyət verməyən, standartlara uyğun olmayan malları idxal etməklə vətəndaşların həyatına təhlükə törədən, istintaq orqanının çağırışlarına gəlməkdən imtina etməklə, istintaqın gedişinə maneçilik törətməklə dövlətin hüquq-mühafizə orqanlarının apardığı araşdırmaya etinasız yanaşanların dövlətçilik duyğularının anidən qabarmasının izahı isə yəqin ki istintaqın sonunda məlum olacaq.

Zaur

Ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə özünü "Aeterna Farm" MMC-nin hüquqi nümayəndəsi kimi təqdim edən şəxs Dövlət Gömrük Komitəsinin ünvanına həqiqətə uyğun olmayan ittihamlar irəli sürüb. Ətraflı: https://customs.gov.az/az/faydali/xeberler/4222_/

Gepostet von Dövlət Gömrük Komitəsi am Montag, 30. März 2020
OXŞAR MÖVZULAR