Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əlahiddə Ümumqoşun Orduda kəşfiyyatçılar arasında yarış keçirilib - VİDEO



Newscenter.az.1.04.2020. Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı kəşfiyyatçı-istehkamçı” və “Ən yaxşı kəşfiyyatçı-qumbaraatan” adı uğrunda yarış keçirilib.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi hissə və təlim mərkəzlərində keçirilən yarışda şəxsi heyətin nəzəri bilikləri, fiziki hazırlığı və praktiki vərdişləri yoxlanılıb.

Mühəndis hazırlığından kəşfiyyatçı-istehkamçılar minaların qurulması, mina sahələrinin aşkar olunması və keçidin açılması, minaaxtaranın işə salınması və istifadə qaydaları, ağac konstruksiyalı elementin hesabatının aparılaraq partladılması üsullarını praktiki yerinə yetiriblər.

Ən yaxşı kəşfiyyatçı-qumbaraatan adını qazanmaq üçün əsgərlər qumbaraatanlardan praktiki atışları icra ediblər.

Sonda qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

Xəbəri paylaş