Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin daha bir komitəsinin onlayn iclası keçirildi



Newscenter.az.1.04.2020. Aprelin 1-də Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib.

Newscenter.az-a Milli Məclisin mətbuat xidmətindıən bildirilib ki, komitə sədri Siyavuş Novruzov gündəlikdə iki məsələnin müzakirə olunacağını deyib. Birinci - Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, ikinci isə “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə məsələ.

Komitə sədri Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında fikirlərini bildirdikdən sonra Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Vilayət Zahirovun məsələ ilə bağlı məlumatları dinlənilib.

İclasda sonra “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Qanun layihəsi müzakirəyə təqdim edilib.

Hər iki qanun layihəsi barədə komitə üzvləri - Tahir Rzayev, Elşən Musayev, Nizami Cəfərov, Fəttah Heydərov, Kamran Bayramov, Səbinə Xasayeva, Aqil Məmmədov, Malik Həsənov, Cavid Osmanov, Məzahir Əfəndiyev, Emin Hacıyev, Əliabbas Salahzadə çıxış edərək, öz fikir və rəylərini bildirdilər.

Fikir mübadiləsindən sonra hər iki məsələ Milli Məclisin müzakirəsinə tövsiyə edilib.

Mehman
Xəbəri paylaş