Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

«Kaspersky» şirkətinin “MS Office 365” proqramını qorumaq üçün yenilənmiş həlli yarım il pulsuz olacaq



Newscenter.az.2.04.2020. “Microsoft Office 365” üçün “Kaspersky Security” həllinin yeni versiyası 180 gün ərzində pulsuz olacaq. İndi bu məhsul kiber təhdidlərdən yalnız “Exchange Online” və “OneDrive” xidmətlərini deyil, həmdə “SharePoint Online” yaddaşını qoruyur, həmçinin “Microsoft Teams” vasitəsilə təhlükəsiz fayl paylaşımını təmin edir. Bu o deməkdir ki, əgər işçi çatlarda və kanallarda zərərli fayl bölüşməyə çalışsa da, digər istifadəçilər onu açmayacaqlar, çünki qoruyucu məhsul dərhal bu faylı karantin zonasına göndərəcək.

2019-cu ildə “Kaspersky”bütün dünyada korporativ istifadəçilərə yönəlmiş 186 milyon zərərli spam mesajı aşkar edib, bu isə 2018-ci ilin göstəricisindən 54 milyon çoxdur. 2019-cu ildə ən təsirli fişinq metodlarından biri ligitim xidmətlərdən avtorizasiya üçün bildirişlərin göndərilməsi olub. Bu isə gələcəkdə təşkilatlara hücum etmək üçün hesabların login və parolu haqda məlumat bazası toplamaq üçün edilirdi. Beləliklə, 2020-ci ilin ilk iki ayında «Microsoft Office 365» üçün quraşdirilan “Kaspersky Security”, dünyadakı hər cihazda ortalama cəmi bir fişinq bağlantısı yaratmaq cəhdinin qarşısını alıb.

Yeni versiyada fişinq əleyhinə imkanlar daha da yaxşılaşdırılıb və etibarlı poçt domenləri siyahısını yaratmağa imkan verən yeni funksiya əlavə edilib. İndi bu məhsul saxta domenlərdən göndərilən zərərli məktubları tanıya bilir. Bu, korporativ istifadəçiləri həmkarlar və subpodratçılardan gələn məktub adı ilə göndərilən hədəflənmiş fişinq hücumlarından qorumaq üçün edilir.

Bundan əlavə, “Microsoft Office 365” üçün “Kaspersky Security”, “SharePoint Online” yaddaşı vasitəsilə zərərli proqramların korporativ şəbəkəyə yayılmasına imkan vermir. Həll “Microsoft Teams”-ə yükləndikdən dərhal sonra hər bir faylı araşdırır və zərərli proqramı tanıdıqda dərhal karantin zonasına keçirir, İT şöbəsinin əməkdaşı isə nəticələr və statistika barədə hesabat alır.

Ayan
Xəbəri paylaş