Mehriban Əliyeva: "Aprel döyüşlərində həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaq"
Tarix: 2-04-2020, 18:34
Newscenter.az.2.04.2020. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Azərbaycan Ordusunun qələbəsi ilə bitən Aprel döyüşlərinin dördüncü ildönümü münasibətilə paylaşım edib.
Newscenter.az həmin paylaşımı təqdim edir:
"Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır! Allah bütün şəhidlərimizə rəhmət eləsin!".