Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili seçicilərini tibbi maska ilə təmin edir



Newscenter.az.2.04.2020. Zərdab rayonundan millət vəkili seçilmiş Jalə Əliyeva koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində seçicilərini tibbi maskayla təmin etmək istiqamətində təqdirəlayiq addım atıb.

Newscenter.az xəbər verir ki, millət vəkilinin paytaxtdan Zərdaba göndərdiyi tibbi maskalar köməkçisi Firdovsi Eyvazov vasitəsilə sakinlərə paylanması üçün rayonun Dəkkəoba, İsaqbağı, Dəliquşçu, Gəlmə, Hüseynxanlı, Əlibəyli, Callı, Alıcanlı, Qoşaoba icra nümayəndələrinə təhvil verilib. Daha bir bağlama isə rayon icra hakimiyyətinə qəbula gələn vətəndaşların istifadəsi üçün verilib.

Millət vəkili deyib ki, yaxın günlərdə növbəti dəfə rayona tibbi maska göndərilməsi nəzərdə tutulub.

Mehman
Xəbəri paylaş