Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəmkirdə karantin rejimini pozan 3 nəfər həbs edildi, 109-u cərimələndi



Newscenter.az.2.04.2020. Şəmkir rayonunda xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq sakinlər arasında profilaktiki tədbirlər həyata keçirir, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiyaedici vasitələrdən yararlanmağı məsləhət görürlər.

Bundan başqa, rayon ərazisində mütəmadi olaraq aparılan reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barələrində müvafiq qanunauyğun tədbirlər görülüb.

Belə ki, araşdırmalar zamanı 109 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilib. Daha 3 şəxs rayon məhkəməsinin qərarı ilə 10 gün müddətində inzibati həbs edilib.

Qeyd edək ki, tərtib edilən protokollardan 58-i (53,2%) yerində ödətdirilib, 4 nəfər barəsində isə tərtib edilən protokola baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilib.
Xəbəri paylaş