Azərbaycanda koronavirusa yoluxan 2 nəfər vəfat etdi
Tarix: 5-04-2020, 19:28
Newscenter.az.5.04.2020. Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat etmişdir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olmuş, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilmişdir.
Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmışdır.
Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməmişdir. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.