Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə pandemiya qurbanlarının sayı 725 nəfərə yüksəldi



Newscenter.az.7.04.2020. Türkiyədə daha 76 nəfər pandemiyanın qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, ölkədə pandemiyadan ölənlərin ümumi sayı 725 nəfərə çatıb.

"Bu gün 20 023 test keçirilib, 3 892 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 34 109 nəfərdir. Bu gün daha 256 pasiyent sağaldı, ümumi say 1 582 nəfərdir", - nazir deyib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 380 000-i ötüb. Bunların 297 583 nəfəri sağalıb, 79 071 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbəri paylaş