Dünyada koronavirusa yoluxanların sayı 1,4 milyondan çoxdur
Tarix: 8-04-2020, 00:14
Newscenter.az.8.04.2020. Dünyada koronavirus qurbanlarının sayı 80 min nəfəri ötdü
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın bir sıra ölkələrin və təşkilatların statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.
Universitetin məlumatına görə, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 1,4 milyon nəfərdən çoxdur. Qeyd edilir ki, virusa yoluxma ilə bağlı təsdiq edilmiş halların ümumi sayı 1 407 123 təşkil edir. Dünyada 80 759 insan pandemiyanın qurbanı olub.