Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sona Əliyeva: "“Dövlətimiz bizim qeydimizə bizdən daha yaxşı qalır”



Newscenter.az.8.04.2020. “İnsanlarımız, vətəndaşlarımız başa düşməlidir ki, kornavirus pandemiyası dünyaya müharibə edib. Bu amansız virus əsasən yaşlı insanları hədəf alan bir düşməndir. Hətta immuniteti zəif olan orta yaşlı və gənclər də bu virusun qurbanı olurlar. Artıq təhlükə qapıdadır. İtaliya, İspaniya, Amerika Birləşmiş Ştatları kimi səhiyyəsi inkişaf etmiş ölkələr belə bu pandemiya ilə bacara bilmirlər. Ona görə də hər bir vətəndaş karantin rejiminə ciddi əməl etməlidir. Evdən bayıra çıxmamalıdır. Bir nəfərin yoluxması çevrəsindəki, təmasda olduğu bütün insanları, doğmalarını da bu bəlaya sürükləyə bilər”.

Newscenter.az xəbər verir ki, bu fikirləri sabiq millət vəkili, politoloq Sona Əliyeva səsləndiriib. O, qeyd edib ki, koronavirusla mübarizədə ölkəmiz önləyici tədbirləri vaxtında görməklə təhlükənin daha da böyüməsinin qarşısını almağı bacardı:

“İranda, Türkiyədə baş verənləri hər kəs görür. Hər gün onlarla, yüzlərlə adam yoluxur. Dünyasını dəyişənlər də bu ölkələrdə çoxdur. Bizdə cəmi beş nəfər dünyasını dəyişib. Sağalanlar isə bundan beş-altı dəfə çoxdur. Unutmayaq ki, hazırda vəziyyət ən pis ssenari üzrə davam edir. Pandemiya bütün dünyanı cənginə alıb. İnsanlar Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qaydalara əməl etməlidirlər. Təssüf ki, bəzi hallarda insanlar özlərinin və doğmalarının həyatlarına çox biganə yanaşırlar. Allah eləməsin, əgər bu virusun qarşısı alınmazsa, o zaman xəstəxanalarımız, həkimlərimiz də yoluxan şəxslərə bir çarə tapa bilməyəcək. Çünki Ölkədə 85 minə yaxın həkim və tibb bacısı personalı var. Vəziyyət daha da ciddiləşərsə, onlar da çətin duruma düşəcəklər. Bu gün İtaliya və İspaniya kimi ölkələrdə xəstəxanalar doludur. Həkim çatışmazlığı var. Dünya ölkələri onlara yardım göndərirlər. Bizdə də bu cür vəziyyətin olmaması üçün vətəndaşlar dövlətimizin yanında olmalı, evdən bayıra çıxmamalıdırlar. Dövlətimiz bizim qeydimizə bizdən daha yaxşı qalır. Öz sağlamlığımızı qorumağımız üçün hər şeyi edir. Bizim üzərimizə düşən evdən bayıra çıxmamaqla virusun daha geniş areala yayılmasının qarşısını almaqdır".

Sona Əliyeva bildirib ki, bütün dünya yaşlılar və xroniki xəstəlikəri olanlarla bağlı həyəcan siqnalı çalarkən, 12 və 16 yaşlı uşaq və yeniyetmələrin ölüm xəbərləri Amerika, Fransa və İtaliyadan gəlməyə başladı:

"Əlbəttə risk qrupu yaşlılar olsa da, demek ki,virus yaş tanımır və hər biimizin bu virusa yoluxduğumuzda hansı sürprizlərlə qarşılaşacağımız bilinmir. Təssüf ki, xəstəliyin müalicəsi, ona qarşı hır hansı dərman və ya xəstəliyi önləmək üçün hər hansı vaksin yoxdur. bu əlbəttə, xəstəliyin bizi fərd olaraq narahat elədiyi tərəfidir. Məni narahat edən başqa məqam isə, pandemiya, onun müalicəsi və digər bu xüsusda olan feyk xəbərlərdir. Hələdə bəziinsanlar sosial şəbəkələrdə, informasiya saytlarında yayılmış, heç bir təhlilə əsaslanmayan, ciddi qaynaq mənbəyi olmayan xəbərləri oxuyub, inadkarlıq və cahilliklə müəyyən olunmuş qaydalara riayət eləmək istəmir, özunu yaxınlarını riskə atır".

Mehman
Xəbəri paylaş