Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəbhəboyu ərazilərdə yaşayan soydaşlarımıza yardımlar edilib



Newscenter.az.9.04.2020. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, koronavirus epidemiyasının təsir dairəsinin genişlənməsinin qarşısının alınması məqsədi ilə ölkəmizdə olduğu kimi, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

Newscenter.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları işğalçı erməni hərbi qüvvələri ilə təmas xəttində yerləşən Qapanlı kəndində yaşayan soydaşlarımızla görüşüblər. Kənd ərazisində yaşayan yaşı 65-dən yuxarı olan və tənha yaşayan sakinlərə və maddi imkanı zəif olan vətəndaşlara müxtəlif ərzaq məhsullarından ibarət yardımlar edilib. Hər bir sakinlə ayrı-ayrılıqda epidemiyanın səbəb ola biləcəyi mənfi hallar barədə maarifləndirici söhbətlər aparılıb, onlara evdə qalmalarının sağlamlıqları üçün mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
Xəbəri paylaş