Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çətinlik də olsa, təmkinli olmaq vacibdir



Newscenter.az.11.04.2020. İnanın ki, bu koronavirus bəlkə də, ən çox məni divara dirəyir. Bu ilki bütün planlarımı dondurur bu heç, üstəlik də narahatçı, qayğılar. Təsəvvür edin, Frankfurt, otaqda tək, təcriddə. Avropanın ortasında sanki bir giriş-çıxışsız adada. Hərdən maşınla yaxın supermarketə get-gəl.. Fikirlərim bölünüb 100 narahat yerə. Uşaqlar səpələnibdi, Avropa üzrə, hərəsi bir ölkədə.. 2-si diplom alıb işləyir-işləri dayanıb, ikisi tələbə-təhsili dayanıb.

İndi gəl, bunlara həm, psixoloji ürək-dirək ver ki, hər şey yaxşı olacaq, həm ehtiyatlandır, özlərini virusdan qorusunlar. Tərslikdən də, bunlar olan, Hollandiya, Avstriya, Almaniya və Kiyevdə virus çox yayılıb.. Təsirim, ruhum güclüdü, yaxşı olar.

Ancaq ki, əl çatmaz aralıda olan, bu çətin vacib kömək durma zamanında əl yetirmə imkanında olmadığım narahat tərəfim, ölkə-Azərbaycandır, vətəndir, xalqımızdır ki, bu böhrandan qurtarsın. Koronavirusun ölkəni nə miqyasda yoluxdurma və zərər vurma ehtimalını, xalqın karantini necə keçirəcəyini, iqtisadi böhranı və dövlətin əhaliyə yardımını, imkansız ailələri insanları düşünərək.

Düşünürsən ki aha, əla, dövlət rəhbərliyi yardım üçün resurs təşkil edib əhaliyə bir-neçə milyard pul ayırdı, qərar verdi. Xalq da, evdəqal-karantin müqabilində bu qərardan razı qaldı. Amma yeni problem çıxdı. Hökumət, məmurlar bu yardımın əhaliyə çatdırılması mexanizmini qura bilmirlər. Demək ki, ölkəyə işlək, bacarıqlı kadrlar lazımdı. Bu kimi problemlər bu qarışıqda çox yerdə olur, hökumətin borcudu ki, qaydaya qoysun öz işini.

Ancaq, çətinlik də olsa, təmkinli olmaq vacibdir.
Bir şeyi bilək ki, bu koronavirus, pandemiya tipli böhran mütləq qısa zamanda keçib gedəcək bir sınaqdır. Hökumətimizin, məmurlarımızın da bir işlək və icraçı mexanizm kimi müsbət və mənfi tərəfini, əhalimizin də ictimai nizam və təmkinli mənada müsbət və mənfi tərəfini, yardımlaşma, xeyirxah təbiətli insanlarmızı da, dövlətin-xalqın ayaqda və möhkəm qalması qayğısını çəkənləri və düşünənləri də, əksinə bu fürsətdən istifadə edib, ara qarışdıranları da ayırd edə bilən, Sınaq. Və bu sınaqda hər şey, kimin-kim olduğu bilinir!

Əziz həmvətənlər, qardaş və bacılar, işadamları və məmurlar, siyasilər, ziyalılarımız.. Gəlin, belə bir, tarixin nadir imtahanından ağıllı və təmkinlə, yardımçı-xeyirahlıq və həmrəyliklə, üzüağ çıxaq. Yaman günün ömrü az olar və sonra, bu günləri xatırlayanda davranışlarımızla qürur duya bilək!

Azərbaycanın bu sınaqdan dövlətin möhkəmliyi və xalqın birliyində, layiqli çıxması ümidi ilə, inşallah.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş