Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yük qatarları insan əli dəymədən dezinfeksiya edilir - VİDEO



Newscenter.az.11.04.2020. "Azərbaycan Dəmir Yolları" QSC koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının almaq məqsədilə sanitariya-epidemoloji tədbirlərini gücləndirməkdə davam edir.

Bununla əlaqədar aparılan dezinfeksiya işlərində insan əməyinin minimuma endirilməsi məqsədilə Astara sərhəd-keçid məntəqəsində dezinfeksiya qurğusu quraşdırılıb.

Bununla da, ölkə ərazisinə daxil olan bütün yük qatarları insan əli dəymədən dezinfeksiya edilir. Proses həm qatarların üst hissəsini, həm də yüklər tam boşaldıldıqdan sonra daxili hissəsini əhatə edir.

Bundan başqa bütün lokomotivçilər xüsusi geyim, dezinfeksiya aparatı və məhlullarla təmin olunub. Onlar həmin aparat vasitəsilə lokomotivləri dezinfeksiya edirlər.
[media=https://youtu.be/kOyI_s4nhrc]
Xəbəri paylaş